Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə iki milyon manat pul ayrılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2,0 (iki) milyon manat ayrılmasına dair sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərar alınıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB