Seymur Orucov: “Müxalifətin gənclər siyasəti küçə təfəkküründən ibarətdir"

"Onlar naftalin iyi gələn insanlardır”
Seymur Orucov: “Müxalifətin gənclər siyasəti küçə təfəkküründən ibarətdir"

Gənclik böyük qüvvədir. Hər bir dövlətin əsas missiyalarından biri də dövlət idarəçiliyində biliyi, qabiliyyəti olan yüksək intellektli gənc nəslin hazırlanmasıdır. Ölkəmizdə müasir təfəkkürlü gənclərin yetişdirilməsi üçün bütün imkanlardan istifadə edilir. Həyata keçirilən daxili və xarici siyasətin prioritetlərindən biri də gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, müasir tələblərə cavab verən, intellektli, yüksək səviyyədə təhsilli gənclərin yetişdirilməsidir. Təəssüflə qeyd etməliyik ki, bu gün təhsil sahəsində, Azərbaycanı dünya miqyasında tanıtmaq işində fəaliyyət göstərməli olan gənclər dağıdıcı müxalifət liderlərinin arxasınca gedir, onlara inanır və hiylələrinə uyurlar. Müxalifətin keçirdiyi 18 avqust mitinqində gənclərdən daha çox istifadə edilməsi, müxtəlif formada qanunsuz şüarlar səsləndirilməsi də dediklərimizə bariz sübutdur.

Söhbət etdiyimiz müsahiblərimiz müxalifət liderlərinin gənclər siyasətinin küçə təfəkküründən ibarət olduğunu bildirdilər :

YAP Gənclər Birliyinin sədri Seymur Orucov:

– Müxalifət liderləri həmişə çalışırlar ki, gənclərə üz tutsunlar. Çünki onlara elə gəlir ki, gənclərin başını aldatmaq, onları müəyyən işlərə cəlb etmək daha rahatdır. Onlar 90-cı illərdə həmin taktikadan istifadə etdilər, gəncləri aldatdılar. Sonra isə onlar başa düşdülər ki, səhv yoldadırlar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu məsələlər bitdi. İndi də istəyirlər ki, həmin taktikaya əl atsınlar. Daha yaşlı insanları aldada bilmirlər, çünki o yaşdakı insanlar bunları yaxşı tanıyırlar. Buna görə də ancaq gənclərə üz tuturlar. Onlara savadlı, qabiliyyətli və ya yaxşı təhsil almış gənc lazım deyil. Çünki, bu keyfiyyətlərə mailk olan gənclər iqtidarın yanındadırlar. Onlar Cənab Prezident İlham Əliyevin ətrafındadırlar. Odur ki, belə gənclərin çox olması onların işlərinin əlehinədir. Şükürlər olsun ki, onların bu məkrli siyasətində də elə bir nəticə yoxdur. Kiçik sayda olan bəzi gənclər onların ətrafındadırlar. Onların düzgün strategiyasının olmaması səbəbilə həmin gənclər artıq onların yanından uzaqlaşırlar. Seçkiyə çox az bir müddət qalmasına baxmayaraq ortaya bir namizəd çıxara bilməyən, lider seçdikləri insanın da ermənipərəst olması və ya yaxudda ömrü boyu siyasətlə məşğul olmayan, ictimaiyyətçi olmayan bir adamı lider seçmələri onların qeyri-ciddiliyindən, qeyri-peşəkarlığından məlumat verir. Onlar yalnız qarışıqlıq istəyirlər. Avropdan, xaricdən müəyyən qədər maliyyə dəstəyi alırlar və çalışırlar ki, mütləq nəyəsə nail olsunlar. Sivil, demokratik, inkişaf edən bir dövlət onlar üçün heç bir məna kəsb etmir və onların proqramları da yoxdur ki, alternativ proqram verələr. Həm də onlarda strategiya, cəlbedici sahə də yoxdur ki, insanlar onlara tərəf gəlsinlər. Yalnız və yalnız elə bir işlər qalır ki, hansı ki, o işlər müəyyən qarışıqlar törətməyə və diqqətləri öz üzərlərinə cəlb etməyə hesablanıb. Müxalifət liderlərinin gənclər siyasəti yalnız küçələrdə hansısa şüarlar səsləndirməkdən ibarətdir. Onlar üçün bir həqiqət var ki, iqtidar nəyə ağ dedisə ona qara desinlər. Bundan başqa ölkədə qarışıqlıq yaratsınlar ki, onları bir qüvvə kimi qəbul etsinlər və xaricdən daha çox dəstək alsınlar. Sizə bir şey deyim ki, müxalifət liderlərini ciddi qəbul etmək özü heç bir əhəmiyyət kəsb etmir. Onlar Cənab Prezidentin dediyi kimi "naftalin iyi gələn insanlar"-dır. Biz demokratik bir dövlətdə yaşayırıq və həmin insanları məcburiyyətdən müxalifət liderləri kimi qəbul edirik. Əslində onlar əllərindən heçnə gəlməyən insanlardır. Bir dəfə bunlara etimad göstərildi və göründü ki, ölkə hansı uçurumlara getdi. Onların ətrafında olan insanların şəkillərinə, həyat tərzlərinə və ya etdiyi açıqlamalara baxsaq görərik ki, onlar Azərbaycan mentalitetinə uyğun olmayan tərzdə yaşayırlar, o insanlar tamamilə başqa fikirli insanlardır. Bir sözlə onların yaşam tərzi bizlərə uyğun deyil.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə:

- Gənclərin hər hansı bir siyasi proseslərə öz mövqeləri ola bilər. Bu mövqelər müxtəlif yönümlüdür – istər iqtidar, istərsə də müxalifət yönümlü. Əsas məsələ odur ki, onlar : "Nə üçün bu mövqeyə xidmət edirəm?" sualına cavab verə bilsinlər. Əgər hər hansı bir gənc müxalifətin təşkil etdiyi mitinqlərdə iştirak edirsə və düşünürsə ki, bu hal onlar üçün fayda verəcək deməli bu onun öz seçimidir. Bu gün gənclər öz seçimlərini ediblər və gənclərin çox böyük hissəsi ölkədə görülən işlərlə razıdır. Sözsüz ki, bu gün gənclər çox fəaldır və onların bu fəallığını nəzərə alıb onları alətə çevirlər. Əsas odur ki, alətə çevrilmək gənclərin xoşuna gəlmir. Reallıq isə ondan ibarətdir ki, mitinqlərə çağırış təklifləri gənclər yox, daha çox yaşlı nəsil tərəfindən edilir. Başqa sözlə, gənclər təşəbbüskar yox iştirakçı olurlar. Amma, bu hərəkətlər nə dərəcədə qanuni və ya qanunsuzdur buna məhkəmə və qanunlar qərar verəcək. Elə mitinqlər var ki, qanuni, elələri də varki qanunsuz şəkildə keçirilir. Bundan irəli gələrək məhkəmə hər hansı qərar verir və bu qərardən razı olmayan hər bir vətəndaşın, hər bir gəncin apelyasiya vermək haqqı var və o öz hüququndan istifadə edə bilər. Mən düşünürəm ki, həmişə nədənsə narazı olanlar olacaq. Sadəcə olaraq bilməyik ki, həmin narazı olanlar nə dərəcədə təsiredicidir və nə dərəcədə böyük kütlədir. Əgər bu böyük kütlədirsə biz onun böyük faciə olduğunu düşünməliyik. Əgər hər hansı kiçik bir kütlə, hər hansı kiçik bir qrup nədənsə narazıdırsa bu çox normal və çox təbiidir. Bu gün Azərbaycanda elə bir uğur, elə bir qələbə yoxdur ki, onda hər hansı bir gəncin adı və tövhəsi olmasın. Olsun idman, olsun mədəniyyət sahəsində, və ya hər hansı bir gənclər təşkilatı ictimai birliyində. Bu gün demək olar hər sahədə gənclərin izi görünür. Bu isə ölkəmizdə aparılan düzgün gənclər siyasətinin nəticəsidir. Əgər digər ölkələrdə olarkən və müqayisə apararkən görər bilərik ki, bu gün ölkəmizdə gənclər siyasətinə necə diqqət göstərilir. Reallıq ondan ibarətdir ki, bu gün gənclər müxtəlif sahələrdə çox aktiv iştirak edir və gənclər təşkilatları bu siyasətdən uğurla bəhrələnirlər. Sözsüz ki, daima kimsə narazı qalacaq və bunu da normal qəbul etmək lazımdır.

AGAT-ın sədri Gülsel Səfərova :

- Hər bir siyasi partiyanın əsas dinamik qrupu gənclərdir. Hər zaman siyasi partiyalar aktiv fəaliyyətlərində gənclərdən istifadə edirlər. Bu onların demokratik haqqıdır. Məsələ odur ki, radikal müxalifətin həyata keçirdiyi bu siyasət başqa bir dondadır. 18 avqust mitinqi buna misal ola bilər. Namizədi olmayan muxalifət mitinq keçirir və gənclərə vəd verir. Vədinin bəraəti qeyri-müəyyənlik sindromu ilə müşayət olunur. Mitinqin heç bir siyasi platforması olmadı, konkret faktlar danışılmadı, lakin gənclərə pafoslu şüarlar işlətməklə güya vəziyyətin yaxşı olacağını vəd edirlər. Düşünürəm ki, radikal müxalifətin həyata keçirdiyi bu siyasət artıq 20 ildir özünü doğrultmur. Müxalifət liderləri təşkilatlarına üzv olan gəncləri uzun illərdir aldadırlar. Heç bir gəncləşmə siyasətini həyata keçirməmiş olan müxalifət öz platformasını demək olar kı, yalnız iqtidar partiyasını tənqid etməklə həyata keçirir. Partiyanının daxilində gənclər layiqincə qiymətləndirilmir. Əvəzində isə yalnız populist fəaliyyətlərdə gənclərdən istifadə edilir. Bəzən də həmin gənclər nalayiq sözlər deyirlər. Bu bugün Azərbaycan radikal müxalifətinin çizdiyi fəaliyyətin siyasi portretidir. Bugün Azərbaycanda çoxlu sayda dövlət proqramları həyata keçirilir. Bunların içərisində gənclər dövlət siyasəti üzrə proqramlar prioritet sahələrdəndir. Plyuralist cəmiyyətlərdə fikir ayrılıqları normal haldır. Bugün bizim cəmiyyətdə hər kəsin söz azadlığı haqqı var. Lakin bu o demək deyil ki, gəncləri istədikləri kimi istismar etmək olar. Təklif edərdim ki, müxalifətin gənclərlə görüşləri keçirilsin və onların diskusiyyası təşkil edilsin. Diskusiyya şəraitində mövcud siyasi uğurlar, ölkədə həyata keçirilən layihələr, gənclərə ünvanlanmış proqramlar barədə danışılsın. İlk olaraq bu effektiv olmaya bilər. Lakin bu görüçşlər mütəmadi keçirilməldiir. Gənc gözü tərəzidir. Haqqın və düzgünlüyün olduğu yeri biləcəkdir.

Sadiq Qaçayev

Bütün xəbərlər Facebook səhifəmizdə