Sahib Alıyev: “Əgər bir ölkəyə qayıda bilməyən öz gücünə bu qədər inanırsa...” AÇIQLAMA

Sahib Alıyev: “Əgər bir ölkəyə qayıda bilməyən öz gücünə bu qədər inanırsa...” AÇIQLAMA

"Deyəsən, Rəsul Quliyev Rüstəm İbrahimbəyovun onun "gələcəyəm gözləyin" mahnısını özündən daha yaxşı zümzümə etdiyini görüb qısqanmağa başlayır. Yoxsa yenidən "Ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəm və udacam, mənə vahid namizəd olmaq lazım deyil" söyləməzdi". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Sahib Aliyev bildirib.

"Soruşmaq ayıb olmasın, əgər bir ölkəyə qayıda bilməyən öz gücünə bu qədər inanırsa, o biri ölkəyə qayıda bilməyənin vahid namizədliyini niyə dəstəkləyir? Və bunların ölkəyə gəlməsinə nə mane olur? Bəlkə, bilet almağa pulları yoxdur? Xeyr, üzləri yoxdur demək istərdim, amma onlar qətiyyən utanan adam deyillər. Bəs onda nələri yoxdur? Olmayanın adını nə yazıq ki, burda çəkmək düzgün çıxmır", - deyə millət vəkili sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə