Araz Əlizadə: “Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?” AÇIQLAMA
"Hesab edirəm ki, bu görüşdə Rüstəm İbrahimbəyovun həbs olunması ilə bağlı narahatçılığının gündəmə gətirilməsi və guya ki, onun həyatı üçün Azərbaycanda təhlükə mövcud olması məsələlərinin müzakirə olunması başlıca olaraq, beynəlxalq təşkilatların diqqətini yayındırmağa hesablanıb". Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Gürcüstanın paytaxtı Tiflisdə yerləşən "Vere Palace" otelində Müsavat başqanı İsa Qəmbərlə Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun görüşünə, burada müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, bu insan çalışır ki, hər kəs Azərbaycana təzyiq göstərsin və bu qeydə alınsın. Hərçənd ki, bu, qanuni yolla mümkün deyil: "Görün bu insan nə qədər təhlükəli namizəddir ki, onun Azərbaycana gəlməsi belə, həyatı üçün təhlükə törədib. R.İbrahimbəyov böyük səy göstərir ki, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərində iştirak etsin. Düşünürəm ki, R.İbrahimbəyov vahid namizəd olmasa, qanuna görə prezidentliyə namizəd kimi də qeydə alınmamalıdır. Beləcə, onlar bir-birlərini qıracaqlar və sonda vahid namizəd məsələsi gündəmə gəlməyəcək. Hətta belə bir misal vardır ki, "qorxursan pişikdən, niyə çıxırsan deşikdən?". Əgər sən Rüstəm İbrahimbəyov, prezidentliyə iddialısansa, gərək həyatda da heç nədən qorxmayasan. Bu insan hər yerdə gəzir və deyir ki, mən çox iddialı namizədəm, məndən qorxurlar və s... Mən əminəm ki, İsa Qəmbər, Eldar Namazov, Mehman Əliyev, Əli Kərimli və Rüstəm İbrahimbəyov payızda keçiriləcək seçkilərdə iştirak etsələr, məğlubiyyətə məhkumdurlar. Çünki, onların heç birinin cəmiyyət arasında İlham Əliyevə qarşı mübarizə apara biləcək nüfuzu yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB