AVP Sabunçu rayon təşkilatı açıldı

AVP Sabunçu rayon təşkilatı açıldı

Ana Vətən Partiyası (AVP) Sabunçu rayon təşkilatının ofisinin açılışı olub. SİA-ya verilən məlumata görə, açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Sabunçu rayon təşkilatının bir qrup fəalı iştirak ediblər.

Elçin Ağamalı çıxışında yeni ofisin açılışının partiyanın rayon təşkilatının fəaliyyətində mühüm rol oynayacağını bildirib.

E.Ağamalı eyni zamanda qarşıdan gələn prezident seçkilərində partiya üzvlərini fəallıq nümayiş etdirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə