"Müxalif düşərgədə, ələlxüsus da vahid namizədə münasibətdə qeyri-adi bir fabula dəyişikliyi hiss olunmaqdadır. Yəqin bunu sizlər də hiss etmisiniz. Ya da belə deyək, artıq söhbət İbrahimbəyovun nə vaxt, hara gəlməsindən deyil, onun nə qədər qeyri-ciddi, blefbaz biri olmasından gedir. Problemin məğzi də məhz bundadır. Və ya yüz dəfə "Allah iraq etsin" deyib təsəvvür edin ki, bu insanın əlində həqiqətən geniş çərçivəli imkanlar var. Onda nə baş verər bəs? İbrahimbəyov hər gün bir şou sərgiləyib bu millətin axırına çıxmazmı? Həftədə bir dəfə, yəni qeyrət, kişilik damarına düşən epizodik məqamda ağlına gələn bəyanatı verib sonra onu danmazmı? Əlbət ki, çıxar da, danar da...! Hələ o tərəfə də keçər. Çünki elə məqsəd və məram da budur!". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönüşü ilə bağlı yaranmış kritikaya münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra davam edib: "Şəxsən mənim üçün məsələnin anlaşılmaz qalan bir başqa tərəfi də var. Bu insanı hər gün bir söz söyləyib, sonra da söylədiyini danmağa, təkzib etməyə məcbur edən səbəb nədir görəsən? İbrahimbəyov hələ seçki startı verilmədən özünü rüsvay, rəzil duruma soxmağa niyə bu qədər qərarlı görünür? Və ya bu adam desəydi ki, tutaq iyulun 31-i yox, avqustun 10-u gəlirəm, guya nə dəyişəcəkdi ki? Və..digər maraqlı məqam: 20 ildir siyasətlə məşğul olduqlarını iddia edən binəvalar, burdan üzü Gürcüstana qədər yol qət etməyə qərar veriblər. Həm də qorxaq bir rejissorun təkidi, səriştəsiz bir insanın diktəsi, barmaq işarəsi ilə! Sonra deyirlər, üzərimizə niyə gəlirsiz? Neyləyək bəs? Lideriniz siyasi dezertirdirsə, üzərində hələ heç bir konkret ittiham olmaya-olmaya Prezidentlik arzusunda olduğu ölkənin sərhədlərini keçməyə cəsarət etmirsə, tərəfdarları ilə görüşlərini hansısa dalanda, tində, üstəgəl separat şəkildə düzənləyirsə, nə deyək buna? Tərifləyəkmi İbrahimbəyovu? Yoxsa biz də arxanızca düşüb Tiflisəmi gələk?
Ayıbdır, biabırçılığın da bir həddi olmalıdır. Rəsul Quliyevin timsalında qayıdış şousunu bir dəfə izlədik, yetər. İbrahimbəyov dublikatına ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB