ATƏT-in Bakı ofisin rəhbəri, səfir Koray Tarqay təşkilatın Bakı ofisinin statusun dəyişdirilməsi məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, səfir Koray Torqay deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Daimi Şurasına təklif irəli sürdü və orada Azərbaycanın istəklərinə cavab verən bir qərar qəbul olundu: "İndi o qərar çərçivəsində Anlaşma Memorandumu təsbit ediləcək. Ondan sonra artıq fəaliyyət istiqaməti müəyyənləşəcək. Hazırda ad dəyişikliyindən başqa bir şey yoxdur. Hələlik fəaliyyətimizdə heç bir dəyişiklik yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB