Bu gün Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək. SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan XİN-nin sözçüsü Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək: "Nazir Elmar Məmmədyarovun həmsədrlərlə həmin gün keçirəcəyi növbəti görüşə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da qatılacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolu və prosesin hazırkı durumu müzakirə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB