Aydın Mirzəzadə: "İlham Əliyev müsbət imicə malik olan liderlərdəndir"
"Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında "İlin dövlət başçısı" seçilməsindən böyük qurur hissi keçiririk". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, adıçəkilən təşkilat təxminən dünya ölkələrinin yarısını əhatə edir. Burada oturuşmuş dövlətçiliyə malik olan, dünya birliyində özünü liderliyilə tanıdan ölkələrin belə bir addım atması Azərbaycanın uğurlu yolda irəlilədiyindən xəbər verir: "Azərbaycan prezidentinin 10 illik fəaliyyəti dövründə İslam dünyasında tanınması, onun siyasi kursuna yüksək qiymətin verilməsi ilk növbədə dünyanın Azərbaycanın inkişafına verdiyi qiymətdir. Ölkə prezidenti İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın möhkəmləndirilməsində, dünya birliyində tanıdılmasında, iqtisadi, sosial problemlərin həll edilməsində çox böyük işlər görüb. Dövlət başçısının regionların iqtisadi inkişaflı ilə bağlı reallaşdırdığı proqramlar, Azərbaycanın lider dövlətə çevrilməsi üçün göstərdiyi təşəbbüslər göz qarbağındadır. Ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, bu istiqamətdə yeni iş yerlərinin açılması, pensiya və təqaüdlərin artırılması bu qəbildən olan fəaliyyətlərdir. Hesab edirəm ki, prezident İlham Əliyev tək İslam dünyasında deyil, ümumilikdə bütün dünayda tanınan, müsbət imicə malik olan liderlərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB