"Biz hesab edirik ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur. Ukraynanın mövqeyi sadə və məntiqidir. SİA-nın məlumatına görə, bunu bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Nazir deyib ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir: "Heç kim Azərbaycanın mövqeyini şübhə altına almır. Tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik. Çünki bu, xalqın naminə edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB