Millət vəkili: “Azərbaycanda siyasi məhbus termini mövcud deyil” MÜNASİBƏT
"Ümumiyyətlə, Azərbaycanda siyasi məhbus termini mövcud deyil". Bunu SİA-ya millət vəkili Asim Mollazadə müxalifətin siyasi məhbus, vicdan azadlığı, xüsusilə İlqar Məmmədovun qanunsuz həbsi ilə bağlı məlumatlarına münasibət bildirərkən deyib.
Millət vəkili hesab edir ki, İlqar Məmmədovun məhkəməsi baş tutmayana və araşdırmalar aparılmayanadək, bu barədə hər hansı fikir söyləmək tezdir: "Mən bu prosesə çox ciddi nəzarət edirəm ki, hər hansı siyasi amil burada istifadə olunmasın və hər şey qanunun aililiyi çərçivəsində həll olunsun. Əks halda bu, Azərbaycan dövlətinin nüfuzuna, imicinə böyük xələl gətirə bilər. Amma hər bir Postsovet məkanında olduğu kimi, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda da çox işlər görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB