YAP-ın Sədr müavini ATƏT-in baş məsləhətçisini qəbul edib

YAP-ın Sədr müavini ATƏT-in baş məsləhətçisini qəbul edib

İyunun 20-də Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov ATƏT-in Seçkilərin Müşahidə Missiyasının baş məsləhətçisi Riçard Lappinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə YAP Sədr müavini Əli Əhmədov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə partiyanın hazırlığı ilə bağlı məlumat verib. Daha sonra tərəflər seçkiöncə vəziyyət və seçki kampaniyasının təşkili, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.

Görüşdə YAP İcra katibinin müavini Siyavuş Novruzov, ATƏT-in Seçkiləri Müşahidə Missiyasının seçkilər üzrə məsləhətçiləri Raul Muresan və Radivoe Gruiç iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə