Baş Katib diaspor Təşkilatları rəhbərlərinin 1-ci Forumunda iştirak edəcək

Baş Katib diaspor Təşkilatları rəhbərlərinin 1-ci Forumunda iştirak edəcək

TÜRKPA Baş Katibi Ramil Həsənov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin ev sahibliyi etdiyi Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının koordinatorluğunda üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin 21 iyun 2013-cü il tarixində Bakıda keçiriləcək 1-ci Forumunda iştirak edəcək. SİA-ya verilin məlumata görə, forumun açılış mərasimində TÜRKPA Baş Katibi Ramil Həsənov çıxış edəcək.

Eyni zamanda, toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi səfir Halil Akıncı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanda akreditə olunmuş Türkdilli dövlətlərin diplomatik missiyalarının nümayəndələri, həmçinin Türkdilli Ölkələrin diaspor fəaliyyətini koordinasiya edən qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə