Asim Mollazadə: “Şəxsiyyətlər ətrafında olan birliklər, süni birliklərdir” AÇIQLAMA
"Hesab edirəm ki, bu məsələlərə normal yanaşılmalıdır. Bu, sadəcə olaraq normal siyasi mübarizənin təzahürüdür". Bunu SİA-ya Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə iyunun 16-da Müsavat Partiyasının başqanı İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən deyib.
A.Mollazadənin sözlərinə görə, Azərbaycanda rəngarəng siyasi təşkilatların mövcud olduğu hər kəsə məlumdur: "Təbii ki, hər bir siyasi təşkilatın da öz siyasi baxışları və lideri var. Belə olan təqdirdə, süni birləşmələr heç bir uğurlu nəticə əldə edə bilməyəcəklər. Çünki bu birləşmələr hansısa bir ideya, dəyərlər, platformalar ətrafında olmalıdırlar. Şəxsiyyətlər ətrafında olan birliklər, süni birliklərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB