Nazir müavininin qarşıdakı 3 ildən gözləntiləri

Nazir müavininin qarşıdakı 3 ildən gözləntiləri

"Növbəti üç ildə yerli icra hakimiyyəti orqanları da elektron hökumət portalına qoşulacaq". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, ölkə başçısı tərəfindən elektron hökumət portalının əsasnaməsi təsdiq olunarkən bir neçə tapşırıqlar verilib: "Bunlardan biri, biləvasitə "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi" və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın hazırlanmasıdır. Məhz bu proqram çərçivəsində yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərməsi, portala qoşulması və digər bu kimi məsələlərin həlli gözlənilir. Ölkədə elektron hökumət portalı fəaliyyətdədir və gündən-günə onun fəaliyyətinə əhali tərəfindən diqqət artır. Nəzərdə tutulduğu kimi, 40 mərkəzi icra hakimiyyəti orqanı bu portala qoşulub. Bu qurumlar tərəfindən vətəndaşlarımıza 217 elektron xidmət göstərilir. Statistika onu göstərir ki, vətəndaşlar bu xidmətlərə çox böyük maraq göstərirlər. Gündən-günə elektron hökumət portalına daxil olan vətəndaşların, giriş üçün kod parollar alanların, elektron viza alan şəxslərin, biləvasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artır".

Bütün xəbərlər Facebook səhifəmizdə