"Bu gün Azərbaycanın siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Yeni Azərbaycan Partiyasının V qurultayı keçirildi. Partiyamızın sədri İlham Əliyevin qarşıdan gələn prezident seçkilərinə namizədliyi irəli sürüldü". Bunu SİA-ya YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, partiyanın qurultayında respublikamızın milli siyasi məkanı üçün əhəmiyyətli qərarlar verildi: "Qurultayda YAP-ın nəinki respublikanın, hətta regionun ən güclü siyasi təşkilatı olması isbat edildi. Hazırda partiya sıralarında 600 mindən artıq insan birləşib. Onların hər birinin müxtəlif ailələri təmsil etməsi faktını da nəzərə alanda, partiyamızın sosial dəstəyinin say nisbəti milyonlarla olur. Həmçinin, hakim partiya kimi cəmiyyətdə YAP-a böyük inam və etimad var. Hakim partiyanın bu günə qədər aldığı tarixi qərarlar insanların həyat şəraitinin yüksəlməsinə və inkişafına səbəb olduğundan ictimai nəzər də Buta sarayına yönəlmişdi. Ona görə də, YAP-ın qurultayı təkcə partiya üzvlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının diqqət mərkəzində idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB