"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun illərdir fəaliyyəti var, amma nəticə yoxdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Onun sözlərinə görə, gələn ay ATƏT PA-nın yay sessiyasında Minsk Qrupunun illərdir davam edən nəticəsiz fəaliyyəti barədə məsələ qaldırılacaq: "Nəticənin olmaması ilə bağlı ATƏT-in Minsk qrupuna səslənən iradlar haqlıdır. Paradoks da ondan ibarətdir ki, neçə ildir fəaliyyət var, amma nəticə yoxdur. Bu, mütləq qaldırılacaq və buna qiymət veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB