Mixail Stolyarov: "Artıq Həştərxanda Azərbaycan Konqres Mərkəzinin tikintisi barədə razılaşma var" AÇIQLAMA
Heydər Əliyev keçmiş Sovet İttifaqının inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadimidir. Bu fikri jurnalistlərə müsahibəsində Həştərxan şəhərinin meri Mixail Stolyarov səsləndirib.
Həştərxan ilə Azərbaycan arasında çox sıx dostluq münasibətləri yarandığını bildirən M.Stolyarov deyib: "Biz sosial və iqtisadi sahələrdə əməkdaşlıq edirik. Heydər Əliyev adına məktəb Azərbaycan tərəfinin köməyi ilə tamamilə yeni görkəm almış və təhsillə bağlı çoxsaylı tədbirlərin keçirilməsi məkanına çevrilmişdir".
M.Stolyarov bildirib ki, bu istiqamətdə əməkdaşlıq davam etdirilir və artıq Həştərxanda Azərbaycan Konqres Mərkəzinin və uşaq bağçasının tikintisi barədə razılaşma vardır.
Mer deyib: "Heydər Əliyev adına park, uşaq meydançası şəhər sakinlərinin sevimli istirahət guşəsinə çevrilmişdir. Azərbaycan-Rusiya Dostluq Körpüsü şəhər sakinlərinin bir sahildən o biri sahilə keçməsini asanlaşdırmışdır. Odur ki, bu obyektlər təkcə əlaqələrimizə hörmət əlaməti deyil, həm də şəhər sakinlərinin ehtiyac duyduqları layihələrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB