Ümummilli Lider Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş "Yer Kürəsi uşaqların gözü ilə" Beynəlxalq Foto Festivalının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın təşəbüskarı olduğu IDEA beynəlxalq ekoloji kampaniyası və tanınmış fransız fotoqraf Reza Deqatinin "Webistan" Foto Agentliyi tərəfindən təşkil olunan festivalın rəsmi açılış mərasimi JW Marriott Abşeron-Bakı "Şərq" zalında baş tutub.
Layihənin həyata keçirilməsində məqsəd gənc insanların çəkmiş olduğu fotoşəkillər vasitəsilə ətraf mühit problemlərinə marağaı artırmaqdır. Tədbirdə müsabiqədən seçilmiş ən yaxşı 100 şəkil nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirin açılışda iştirak edərək bildirib ki, sərgi gənc rəssamlar üçün unikal şansdır: "İlk festival dünyada öz miqyası ilə kifayət qədər məşhur oldu. Azərbaycanın çox zəngin fauna və flaorası var. Mən də təbiəti çox sevirəm. Hesab edirəm ki, sərgi kifayət qədər unikaldır."Yer Kürəsi uşaqların gözü ilə" sərgisinin ərsəyə gəlməısi zamanı qərara aldıq ki, təbiətin fotoqrafiyası cəmiyyətin zövqünü təyin edir. Məhz bu baxımdan sərgidə müsabiqə yolu ilə seçilən 100 ən yaxşı şəkil nümayiş etdirilir. Bu sərgi gənc fotoqraflar üçün böyük bir uğur hekayəsi olacaqdır. Ümidvaram ki, sərgidə nümayiş etdirilən sənət əsərləri hər birinizin xoşuna gələcək".
"Yer Kürəsi uşaqların gözü ilə" sərgisinin qalibi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan 8 yaşlı Anastasiya Vorobko "SOS"şəkli ilə olub. Bədii kamillik göstərərək o fotoşəkil vasitəsilə zavoddan havaya buraxılan sıx duman üzərində uçan quşu əks etdirib. Bu onun ətraf mühitə təsir edən çirklənmə qorxusunu ifadə edib.
Qeyd edək ki, "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında, "Yer kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Gənclər Foto müsabiqəsinə dünyanın 90-dan çox ölkəsindən gənc insanların çəkdiyi 4000-dən çox fotoşəkil daxil olub. Onlardan 100 ən yaxşı fotoşəkil sərgidə nümayiş olunub.Müsabiqənin 6 qalibi festival və sərgi çərçivəsində həyata keçirilən mükafatlandırma mərasimində kuboklarla təltif olunub. Onlar Reza ilə fotoqrafiya sahəsi ilə bağlı müxtəlif seminarlarda iştirak edəcəklər. Həmçinin onlar bir sıra yüksək səviyyəli mükafatlar da əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB