Millət vəkili Elmira Axundova MDB Parlament Assambleyasının Mədəniyyət, informasiya, idman və turizm daimi komissiyasının iclasında iştirak etmək üçün mayın 13-də Rusiya Federasiyasının Tambov şəhərinə gedəcək. Parlamentdən SİA-ya verilən məlumata görə, iclasda mədəniyyət, incəsənət, informasiya, turizm, bədən tərbiyəsi və idman sahəsində əldə olunmuş nailiyyətlərə görə fəxri nişanların təqdimatı keçiriləcək.
Tədbirdə həmçinin, cari ilin sentyabr ayında Yaltada baş tutacaq XXIV beynəlxalq telekinoforuma hazırlıqla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, səfər mayın 16-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB