Tərəfdaşlıq sazişinin müddətini uzatdılar

Tərəfdaşlıq sazişinin müddətini uzatdılar

Bu gün BP şirkəti Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə bağladığı tərəfdaşlıq sazişinin müddətini uzadıb. Bununla BP şirkəti 2016-cı ilin sonuna qədər ölkənin milli komandalarına və nüfuzlu idmançılarına dəstəyini davam etdirəcək. İlk saziş London 2012 Oyunlarından əvvəl 2011-ci ilin yanvar ayında imzalanmışdı.

İmzalanma mərasimində qonaqlar qarşısında çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti cənab Qordon Birrel bildirib ki, biz Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralompiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşlığımızı 2016-cı ilin sonuna qədər davam etdirəcəyimizi bəyan etməkdən fərəh hissi duyuruq."

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək qeyd edib ki, BP şirkəti ilə tərəfdaşlıq müddətini uzatmaqdan məmnunluq duyurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə