Dövlət başçısı bp Şirkətinin prezidentini qəbul edib

Dövlət başçısı bp Şirkətinin prezidentini qəbul edib

Prezident İlham Əliyev bp Şirkətinin prezidenti Robert Dadlini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.

bp Şirkətinin prezidenti Robert Dadli "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Söhbət zamanı "Şahdəniz" yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə