ABŞ Dövlət Departamenti: "Münaqişənin hərbi həlli yolverilməzdir"

ABŞ Dövlət Departamenti: "Münaqişənin hərbi həlli yolverilməzdir"

"Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi həlli yolverilməzdir. Münaqişənin yalnız uzunmüddətli və sülh yolu ilə həlli yolu regiona sabitlik, çiçəklənmə gətirə bilər". SİA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edən Patrik Ventrel Vaşinqtonda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və sülhün əldə edilməsi üçün münaqişənin hər iki tərəfi ilə işləməyə hələ də qətiyyətlə sadiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə