Prezident Andris Berzinş: "Latviya Azərbaycanı etibarlı tərəfdaş hesab edir"
"Latviya Azərbaycanı Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş hesab edir. Əslində verdiyiniz olduqca geniş təsvirə görə təşəkkür edirəm. Biz ölkələrimiz arasında diplomatik münasibətləri qurduqdan sonra gələcək irəliləyiş üçün yaxşı əsaslar yarandı. Fikrimcə, biz öz siyasi və iqtisadi münasibətlərimizdə mühüm bir potensial səviyyəsinə çatmışıq və bu inkişaf sürətlə gedir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında söyləyib.
"Mən Latviya adından demək istərdim ki, biz enerji məsələsinin müzakirəsindən başqa, digər sahələri də qeyd etdik, təhsil sahəsinə toxunduq. Çünki burada bizim, həmçinin təhsil sahəsinin nümayəndələri vardır və təhsil sahəsində əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edə bilərik. Latviyada 97 azərbaycanlı tələbə təhsil alır. Bu da, həmçinin bizim digər sahələrdə, o cümlədən iqtisadi sahədə münasibətlərimizin gücləndirilməsi üçün yaxşı zəmin yaradır. Bizim, həmçinin burada səhiyyə nazirimiz də vardır. Bu da əslində Latviya üçün olduqca mühüm bir sahədir. Bu, məhz insanların sağlamlığı, səhhəti ilə bağlı olan sahədir. Biz bu sahədə, həmçinin humanitar yardım göstərmək sahəsində çox fəalıq. Bu baxımından hesab edirəm ki, aramızda mübadilələr aparıla bilər. Həmçinin biz digər sahələrdə təcrübə mübadiləsini - tutaq ki, Avropa İttifaqı və Avropa təsisatları ilə iş sahəsində əldə etdiyimiz təcrübə ilə, sosial müdafiə sahəsindəki əldə etdiyimiz imkanlarla böyük məmnunluqla əslində mübadilə edə bilərik. Həmçinin pensiya sisteminin təkmilləşdirilməsinə və onun inkişafına dair fikir mübadiləsi apara bilərik. Digər sahələrə gəldikdə, zənnimcə, sərhədlərə nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə qarşı mübarizə sahələrində də yaxşı təcrübə mübadiləsi baş tuta bilər. Mən nəqliyyat sahəsinə toxunaraq aydın şəkildə qeyd etmək istərdim ki, Latviyada aviasiyanın inkişafı öz növbəsində bizim bu sahədəki qarşılıqlı apardığımız əməliyyatlara töhfə verə bilər. Bildiyiniz kimi, digər ticarət marşrutları vardır, biri "Zubr" adlanır. Bu, əslində konteyner daşıyan qatardır ki, bizim Baltik dənizi regionundan Qara dəniz regionuna çıxışı təmin edir. Bu da, zənnimcə, ən maraqlı fürsətlərdən biri ola bilər. Hesab edirəm ki, bu, Latviyanın potensialının açılmasında, onun daha cəlbedici olmasında irəliyə doğru atılmış bir addımdır" – Latviya prezidenti əlavə edib.
Onun sözlərinə görə, 2014-cü ildə Latviyanın paytaxtı Riqa Avropa mədəniyyəti şəhəri olacaq: "Mən hesab edirəm ki, bu da mədəniyyət sahəsində əməkdaşlıq üçün müstəsna əhəmiyyət kəsb edir. Mənim fikrimcə, mədəniyyət sahəsi bizim üçün yaxşı potensial imkanlar açır. Zənnimcə, biz bütün dünyada özümüzü daha güclü şəkildə təmsil edə, mövqelərimizi gücləndirə bilərik. Beləliklə, əlaqələrimizi inkişaf etdirmək üçün biz istərdik ki, cənab Prezidenti yenidən Latviyaya səfərə dəvət edək, bununla da aparacağımız ikigünlük işin nəticələrini daha da gücləndirək. Fikrimizcə, bu yolla biz bütün səviyyələrdə əlaqələrimizi daha da genişləndirə bilərik".
"İqtisadiyyat sahəsində əlaqələrimiz çox geniş vüsət alıb. Hesab edirəm ki, dünyada təhlükəsizlik və ölkələrimizin təhlükəsizliyi üçün gördüyümüz işlər çox vacibdir. Hesab edirəm ki, bu baxımdan bizim bir çox potensial imkanlarımız vardır. Biz birgə işləyərək yaxşı səylərlə böyük nəticələr əldə edə bilərik. Mən öz tərəfimdən Azərbaycan tərəfindən iştirak edən bütün şəxslərə, həmçinin xüsusi olaraq, cənab Prezident Sizə minnətdarlığımı bildirirəm. Biz bilirik ki, nümayəndə heyətimiz səfərini artıq sabah başa çatdıracaqdır. Biz istərdik ki, səfərimizi konkret fikirlərlə və ideyalarla başa çatdıraq, ölkəmizə qayıdaq. Çünki bilirik ki, bəzi məsələlər kifayət dərəcədə, yəni istədiyimiz sürətlə inkişaf etməsə də, hesab edirik ki, biz bunu öz aramızda, cənab Prezident əlaqələndirəcəyik" – deyə Prezident Andris Berzinş əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB