"Seçkiöncəsi Azərbaycanın demokratik imicinə zərbə vurmaq anti-milli qüvvələrin ənənəvi taktikasıdır. Hər dəfə Azərbaycan üçün əhəmiyyətli ictimai-siyasi və ya mədəni tədbirlər, proseslər ərəfəsində ölkəmizə qarşı əsası olmayan, reallığı əks etdirməyən, qərəzli hesabatların və məruzələrin yayılması anti-Azərbaycançı dairələrin köhnəlmiş metodudur. Onlar bu yolla Azərbaycana təzyiqlər və maraqlarını təmin etmək niyyətini güdürlər. Lakin hər dəfə də uğursuzluğa düçar olurlar".
Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatının Azərbaycana aid hissəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda xalq-hakimiyyət birliyinin güclü olması anti-Azərbaycan dairələrinin bütün cəhdlərinin iflasa uğramasını əsaslandırır.
Sədaqət Vəliyeva vurğulayıb ki, xaricdə hazırlanan bu cür hesabatlar əsasən, radikal müxalifətin ötürdüyü danoslar üzərində qurulur. Ona görə də, belə hesabatlar nəinki Azərbaycan cəmiyyəti, hətta, dünya ictimaiyyəti tərəfindən də ciddi qəbul edilmir: "Düşünürəm ki, ölkəmizə təzyiq etməyə çalışan qüvvələr məkirli məqsədlərinə çata bilməyəcək və Azərbaycan hər zaman olduğu kimi sabit və dinamik inkişafını davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB