Seymur Orucov: “Yay Məktəbinin iştirakçılarının sayı artırıla bilər”

Seymur Orucov: “Yay Məktəbinin iştirakçılarının sayı artırıla bilər”

Artıq "Yay Məktəb"lərində iştirak edənlərin sayı 600 nəfərə çatıb. Bu il layihədə iştirak edəcək gənclərin sayı artırıla bilər. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

S.Orucov vurğulayıb ki, artıq gənclər layihədə iştirak edənlərin sayının artması ilə bağlı sosial şəbəkələr vasitəsi ilə kütləvi müraciətlər ediblər: "Bu kimi məsələlərlə YAP gəncləri ilə əlaqələrimiz daha da güclənir. Bununla yanaşı, region gəncləri ilə paytaxt gəncləri daha möhkəm dostluq qururlar. Bu il iyun ayından başlayaraq bu layihəyə start verəcəyik . Ümid edirəm ki, hər zaman olduğu kimi bu layihəni də uğurla başa vuracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə