Ulu öndər Heydər Əliyevin doğum günü ənənəvi olaraq, hər il Gəncə şəhərində böyük təntənə ilə qeyd olunur, geniş və məzmunlu tədbirlər həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, dahi şəxsiyyət Heydər Əliyevin arzu və istəklərin, tövsiyyələrinin, müdrik siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində gündən-günə inkişaf edən, müasirləşən və gözəlləşən doğma Gəncəmizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının tədbirlər planı işlənib hazırlanıb.
Tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında ulu öndərin yubileyi ilə bağlı Heydər Əliyev Universitetinin seminarları, Dəyirmi masalar, Gənclər arasında Heydər Əliyevin irsini öyrənirik adlı Bilik yarışı, Elmi-praktik konfranslar, Şahmat turniri və Futzal turniri keçiriləcəkdir. Bu ənənəyə sadiq qalaraq 16 aprel 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Qərərgahında gənclər arasında keçiriləcək Futzal yarışı, Bilik və Şahmat yarışlarının püşk atma mərasimi keçirildi və yarış iştirakçıları yarış haqqında təlimatla tanış edilmişlər. Püşk atmada təmsil olunan komandaların ərazi ilk partiya Təşkilatlarının sədrləri, YAP Gənclər Birliyinin ərazi təşkilatları üzrə nümayəndələri və komandaların təmsilçiləri iştirak etmişdirlər. Püşk atmanın nəticəsinə görə Şahmat və Bilik yarışında 8 komanda iştirak edəcək və yarışlar 2 qrup üzrə keçiriləcək.
Bilik yarışı üzrə:
A qrupunda
Tibb kolleci
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı
Musiqi kolleci komandaları qarşılaşacaqlar.
B qrupunda
Gəncə Dövlər Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Texniki kollec komandaları qarşılaşacaqlar.
Şahmat yarışı üzrə:
A qrupunda
Azərbaycan Texnologiya Universiteti
Gəncə Dövlər Universiteti
Musiqi kolleci
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı komandaları qarşılaşacaqlar.
B qrupunda
Humanitar kollec
Texniki kollec
Azərbaycan Dövlət Aqrar Universiteti
Tibb kolleci komandaları qarşılaşacaqlar
Futzal turniri üzrə: Dairəvi
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı
Gəncə Dövlər Universiteti
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti komandaları qarşılaşacaqlar.
Yarışın şərtlərinə görə A və B qruplarının qalibləri yarım final və finalda görüşəcəklər.
Sonda YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladı və qeyd etdiki Ulu öndərin ideyaları, qurup yaratdıqları, siyasi-iqtisadi konsepsiyaları, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət etmişdir. Hər bir Azərbaycan vətəndaşı Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu səylə öyrənməli, geniş təbliğ etməli və gələcək nəsillərə çatdırmalıdır.
Məhz bu nöqteyi nəzərdən Gənclərimiz Ulu öndərimizin irsini dərindən öyrənməlidir. Ulu öndərimizin siyasi kursunu layiqincə davam etdirən Prezidentimiz cənab İlham Əliyev hər zaman xalqımızın rifahının yüksəlməsinə çalışır. Gənclər Prezidentimizin gənclərə elm, təhsil, mədəniyyət, məşgulluq, idman, səmərəli istirahətin təşkili və s. istiqamətində göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verməlidirlər. Ulu öndərimizin 90 illiyi ərəfəsində gənclərlə keçirilən belə kütləvi yarış və turnirlərin əhəmiyyəti əvəzsizdir.
Ramil İbrahimov,
YAP Gəncə şəhər Təşkilatı
Gənclər Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB