Niyaməddin Orduxanlı: “Azadlıq radiosu Əli Kərimlinin təbliğat vasitəsidir”
"Azadlıq Radiosu" bir siyasi qrumun təsiri altında olan bir radiodur. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, "Azadlıq Radiosu" Əli Kərimlinin Xədicə İsmayıl vasitəsi ilə nəzarətində saxladığı bir qrumdur: "Azadlıq radiosu"nda yalnız Əli Kərimlinin siyasi məqsədləri təbliğ olunur. Ondan başqa bu dezinformasiyalar ikinci bir şəxsin maraqlarına cavab vermir. Bu radioda dəfələrlə siyasi mövqeyi fərqli olan insanlar təhqir olunub, sadə xalqın nümayəndələri müəyyən vədlərlə aldadılıb və radioya çağrılan adamlara qarşı heç bir etik qaydalara uyğun olmayaraq aşağılanıb. Dəfələrlə mənə partiya sədrinin müavini kimi onların efirlərində iştirak etmək üçün dəvət gəlib. Ancaq bu təklifdən imtina etmişəm. Buna səbəb isə Ə.Kərimlinin təsiri ilə X.İsmayılova tərəfindən insanların təhqir olunması və qeyri-obyektivliyidir. Onlar öz siyasi məqsədləri üçün insanları dəvət edərək onları alçaldırlar. Düşünürəm ki, "Azadlıq Radiosu"nun çox az sayda dinləyicisi var. Onlarda Ə.Kərimlinin dəstəsinin üzvləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB