“Azərbaycanın güclü mövqeyi erməni provakasiyalarının qarşısını almaq iqtidarındadır”
"Bütövlükdə bir çox beynəlxalq təşkilatlar Xankəndində aeroportun açılmasının Cənubi Qafqazda sülh prosesinə ciddi təsir göstərəcəyi ilə bağlı çox sərt bəyanatlar veriblər". SİA-nın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov ermənilərin Xocalı aeraportunu yenidən işə salmaq cəhdlərinə dair jurnalistlərin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu bəyanatların səsləndirilməsi Ermənistanın provokasyon təxribatla məşğul olduğunu göstərir: "Əgər ermənilər bu hərəkətlərdən əl çəkmək istəmirlərsə, bu onların dünya birliyinə meydan oxumaq niyyətlərindən xəbər verir. Amma düşünürəm ki, bu provakasiyanın ermənilər tərəfindən edilməsinə dünya birliyi, müvafiq beynəlxalq qrumlar, təşkilatlar imkan verməyəcəklər. Digər bir tərəfdən isə Azərbaycanın güclü mövqeyi də belə bir provakasiyanın ermənilər tərəfindən edilməsinin qarşısını almaq iqtidarındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB