"Şuşada erməni separatçılarının təhriki ilə qanunsuz olaraq yaradılan "Talışstanın Səsi" radiosunun fəaliyyətini pisləyirik. Bunun beynəlxalq səviyyədə də etirazla qarşılanmasını istəyirik". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. Onun sözlərinə görə, radionun ideoloqlarının kimlər olduğu müəyyən vaxtdan sonra bəlli olacaq: "Bu məsələ barədə danışmağı məqsədəuyğun hesab etmirəm. Amma bu radionu yaradanlar və ya buna dəstək verənlər bilməlidirlər ki, Şuşa Azərbaycanındır və bu torpağın sahibləri ora qayıdacaqlar".
B. Səfərov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsi imkanları barədə jurnalistlərin suallarını cavablandırıb: "Azərbaycan tərəfi bu məsələ də həmişə təşəbbüslə çıxış edib. Lakin əks tərəfdən adekvat addım atılmayıb. Biz erməni icması ilə hər zaman görüşməyə hazırıq. Bununla bağlı erməni icmasından təklif gözləyirik. Erməni icması Azərbaycan hökumətinə müraciət etsin, tarix müəyyənləşdirildikdən sonra görüşməyə hazırıq. Azərbaycanlı icmasının yalvarmaq, minnətçi düşmək niyyəti yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB