Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri aprelin 7-dən 12-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Yer Elmləri Cəmiyyətinin illik ümumi iclasında iştirak edəcəklər. AMEMGİ-dan SİA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə bu elm müəssisəsinin şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli və gənc elmi işçi Fuad Əliyevin çıxışı nəzərdə tutulur.
Əllidən çox ölkə təmsilçilərinin qatılacağı toplantıda 10 mindən artıq alimin iştirakı gözlənilir. İclasda yer elmlərini əhatə edən 20-dən çox bölmədə məruzələr dinləniləcəkdir.
Geologiya İnstitutunun alimlərinin məruzələri tektonika və struktur geologiya bölməsində təqdim ediləcəkdir. "Böyük Qafqazın Azərbaycan hissəsinin akkresiya prizmasının tektonik təbəqələnməsi və seysmikliyi" mövzusunda məruzə Geologiya İnstitutunun müvafiq istiqamətdə apardığı tədqiqatların nəticələrini əhatə edəcəkdir.
Tədbir çərçivəsində İnstitutun alimlərinin beynəlxalq cəmiyyətə üzv olması da nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB