Elməddin Behbud: "Bəzi QHT-lər maliyyə qaynaqlarını gizlətməkdən çəkinmirlər"
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli nümayəndəlikləri fəaliyyətlərində şəffaflığın təmin olunmasında maraqlı görünmürlər. Hətta fəaliyyətləri zamanı maliyyə qaynaqlarını belə gizlətməkdən çəkinmirlər. Bunu SİA-ya açıqlamasında Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.
Onun sözlərinə görə, hər hansı bir beynəlxalq təşkilat və ya institut Azərbaycanın mili mənafeləriinə hörmətlə yanaşmalıdır: "İstər ölkə daxilində, istərsə də regional və beynəlxalq güclər artıq o halla hesablaşırlar ki, Azərbaycan Cənubi Qafqaz regionunda ciddi həlledici gücə sahibdir. Belə bir regionda karbohidrogen ehtiyyatları ilə zəngin bir dövlətin yeritdiyi daxili və xarici siyasət dünya dövlətlərinin diqqət mərkəzidədir. Azərbaycana qarşı olan bütün təhdidlər də böyük dövlətlərin diqqətinin nəticəsidir".
Elməddin Behbud bəzi xarici donorların Azərbaycanda fəaliyyət göstərən QHT-lərə ayırdığı vəsaitlərə və onların xərclənməsi məsələsinə də münasibət bildirib: "Azərbaycan qanunvericiliyinə görə, QHT-lər və ictimai birliklər öz fəaliyyətlərini hüququi normalar çərçivəsində tənzimləməlidirlər. Bir çox müddəalar var ki, QHT-lər onlara əməl etməlidirlər. QHT-lər xarici donorların ayırdığı vəsaitlərin xərclənməsi ilə bağlı Ədliyyə Nazirliyinə vaxtaşırı olaraq məlumat verməlidirlər. Bu maliyyə vəsaitlərinin qanunvericiliyə uyğun olmayaraq istifadə edilməsi sağlam məntiqdən və maraqlardan irəli gəlmir. Bu cür fəaliyyət Azərbaycanda sabitləşmiş dövlət üçün ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Ancaq hər halda bu kimi kiçik halların qarşısını almalıyıq. Bu kimi addımlar Azərbayvcan gəncliyini tutduğu yoldan çəkindirə bilməz".
QHT rəhbəri birdirib ki, şəffaf fəaliyyətə malik olmayan xarici təşkilatlar müəyyən layihələri dəstəkləyərkən daha çox müxalif yönümlü QHT-lərə üstünlük verirlər: "Bu da Azərbaycan cəmiyyətində sual yaradır. Beynəlxalq təşkilatlar ona görə Azərbaycanda mandat alaraq fəaliyyət göstərir ki, onlar Azərbaycanın demokratikləşmə prosesində fəal iştirak etsinlər. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin ayıqlığı onların nəzərdə tutduqları plandan geri çəkilməsinə mesaj olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB