"Türkiyə Azərbaycanla dost və qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Van-İrəvan birbaşa aviareysinin açılacağı ilə bağlı məlumatları şərh edərkən bildirib.
Vitse-spiker bu məsələ ilə xüsusi olaraq maraqlandığını diqqətə çatdırıb: "Bu məsələnin müəyyən qədər araşdırılmasına ehtiyac var. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın haqq səsini birbaşa müdafiə edir və bu günə qədər də Ermənistanla sərhədlərini açmayıb. Türkiyənin bundan sonra da Ermənistanla sərhədlərini açmaq niyyəti yoxdur. Mənim məlumatıma görə, bu özəl bir şirkətin həyata keçirəcəyi təyyarə reysi olacaq. Amma hər bir halda bunun niyə və nə üçün baş verdiyini bilmək bizim haqqımızdır. Düşünürəm ki, bunun bir açıqlaması olacaq".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB