ATGTİ nümayəndəsi İrlandiyaya səfər edəcək

ATGTİ nümayəndəsi İrlandiyaya səfər edəcək

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin direktoru Toğrul Məmmədli 25-ci "Avropa Tələbələrinin Konvensiyası"nda iştirak etmək üçün cari ilin martın 7 – 11 tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərinə səfər edəcək. ATGTİ-nin məbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, tədbirdə Avropa Tələbə Birliyinə (ATB) üzv təşkilatların ölkələrində həyata keçirilən təhsil layihələri müzakirə olunacaq, bu sahədə yeni fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Eyni zamanda tədbir iştirakçıları təmsil etdikləri ölkələrdə təhsil sahəsinin gələcək inkişafı üçün bir-birilərinin iş təcrübələrini öyrənəcəklər.

Görüşlər və iclaslar çərçivəsində Toğrul Məmmədli ATB-yə üzv digər tələbə təşkilatları ilə görüşəcək, yeni əməkdaşlıq əlaqələri quracaq. Hazırda Avropanın 39 ölkəsindən 46 tələbə təşkilatı ATB-yə daxildir.

Xatırladaq ki, ATGTİ 2012 – ci ilin aprelindən ATB-nin tamhüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə