Azərbaycanın Fransadakı səfirliyi Azərbaycan diaspor üzvlərinin döyülməsi faktı ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, daha bir nota Fransa Milli Assambleyasına təqdim olunacaq.
Səfirlikdən bildirilib ki, bu, ciddi cinayətdir: "İstəyirik ki, Fransa parlamentinin üzvləri baş verən hadisəyə qiymət versinlər. Hazırda hüquq-mühafizə orqanları bu cinayətin təhqiqatı ilə məşğul olsun deyə zərərçəkənlər tibbi ekspertizadan keçirilir".
Məlumat üçün bildirək ki, dünən Fransa Milli Assambleyasının binasında ermənipərəst parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovu vəhşicəsinə döyüblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb, onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB