"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 13 nəfər təşkil edib. Qurumdan SİA-ya verilən məlumata görə, ötən müddətdə 5 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin ikisi döyüş (2 nəfər erməni gülləsi), 11-i isə qeyri-döyüş itkiləridir.
3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 1 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 1 nəfər intihar (dəqiqləşdişdirilir) edib.
Qeyd edək ki, dünyasını dəyişənlərin 11-i Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB