Politoloq: “Həmsədr dövlətlər hara baxır?” MÖVQE

Politoloq: “Həmsədr dövlətlər hara baxır?” MÖVQE

Bu bir daha onu göstərir ki, Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq hüquqdan xəbəri belə yoxdur. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Ermənistan prezidenti Serj Sarksiyanın Suriyadan olan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı növbəti sərsəm bəyanata münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, S.Sarkisyanın necə xəbəri ola bilər ki, bu insan sadəcə olaraq santexnik idi, indi isə gəlib prezident kürsüsünə əyləşib: "Bir sözlə bu adam bu işlərdən tamamilə uzaqdır. İkincisi isə əgər S.Sarkisyan bəyanat verirsə bəs, onda ATƏT-in həmsədr dövlətləri hara baxır? Onlar çox gözəl bilirlər ki, işğal olunmuş ərazilərdə beynəlxalq konvensiyalara əsasən hərbi təlimlər belə keçirmək olmaz, nəinki Suriyadan olan ermənilərin Dağlıq Qarabağ köçürülməsi realllaşdırılsın. Hətta bu Ermənistan vətəndaşı olsa belə mümkün deyil".

C.Nuriyev hesab edir ki, Suriyadan olan ermənilərin DQ-ya köçürülməsi Ermənistandakı prezident seçkilərinə, Sarkisyanın qələbəsinə hesablanıb: "Amma onun siyasi texnoloqları elə S.Sarkisyan ağıldadır. Bunun özü normal mühitdə qəbul olunmayan bir şeydir. Hesab edirəm ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara müraciət etməlidir. Həmçinin bu məsələ BMT TŞ-da qaldırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə