Qadın "Gültəkin" yox, GÜL TƏKİ olmalıdır

Qadın "Gültəkin" yox, GÜL TƏKİ olmalıdır

2007-ci il idi, ayın tarixi yadımda deyil. Həmi vaxt eks-deputat Gültəkin Hacıbəyli əynində yaşıl pencəklə yerli kanallara açıqlama verirdi. Səhv etmirəmsə AŞPA-dan qayıtmışdı. Zalım qızı, o qədər canfəşanlıqla danışırdı ki, ayaqlarım yerdən üzülmüşdü. Bir az da əsəbləşmişdi, deyirdi ki, AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldırıblar, ancaq hamı bilir ki, ölkəmizdə bütün insanların hüquqları qorunur, insanlar kef edir, ölkəmizdə heç bir problem yoxdur. Bax, çıxış təxminən bu məzmunda idi.

Elə bunları danışmışdı ki, müxalifət qəzetləri Gültəkin Hacıbəylini naşı ovçunun nişangahına çevirib tiri tuşladılar ona tərəf. Sonra bir-iki gün keçdi, Gültəkin müxalifətə cavab verdi ki, onlar boşboğzalıq edirlər. Bəs bu gün G. Hacıbəyli vaxtilə boşboğaz dediklərinin yanında nə gəzir? Söhbət ondan getmir ki, o "həqiqəti" anlayıb. Sadəcə müxalifətdə olanlar şansını itirənlər, əqidələri məftildən fərqlənməyən şəxslərdir ki, Gültəkin də bu xüsusiyyətləri daşıdığından məsləkdaşlarının yanındadır.

Taxta kreslosunun G. Hacıbəyli üçün şərəf məsələsi olduğunu bilməzdim, çünki deputatlıq mandatının məsuliyyətini dərk edənlər Gültəkindən fərqli olaraq millətin vəkili olmağı taxta kreslo ilə ölçmürlər. İstər depuatat kreslosu olsun, istər olmasın.

G. Hacıbəyli Ziyalılar Forumuna üz tutanda üzündə su qoymadılar. Ona elə sözlər deyildi ki, heç 1 ildə 23 partiya dəyişən şəxsə o sözlər deyilmir. Çünki G. Hacıbəyli 2010-cu ilin payızında, təkcə bir fəsildə həm müxalifətə keçdi, həm "müstəqil" ekspert oldu, həm də adı özünə ləkə qurumlara üzv oldu. Ziyasızların Ziyalılar Forumunda təmsil olunmağın insanı ziyalı etməyəcəyinə hələ də inanmaq istəmir Gültəkin Hacıbəyli.

G. Hacıbəyli etdiyi əqidəsizliyə görə onu qınayanlara deyir ki, mən elmlər doktoruyam, bir neçə dil bilirəm, nə bilim dünyanı gəzmişəm. Gültəkin xanım, nə olsun ki!? Sizə elmlər dokrtoru adı veriləndə söz verməmişdilər ki, sən əqidənə xilaf çıxmayacaqsan. Və ya bildiyin xarici dilləri də sənə Allah anadangəlmə verməyib ki, özünü Süleyman peyğəmbər ( Əstəqfürullah ) adlandırasan. Əslində bütün heyvanların dilini bilən Süleyman Peyğəmbər də sağ olsa idi, sənin dilini anlamazdı. Bir azərbaycanlı filoloq alim var ( adını çəkmək yaxşı çıxmaz ), 14 xarici dil bilir, ancaq hansı dildə danışırsa elə bil ki, ağzından zibil tökülür, bu millətə zərrə qədər də xeyiri yoxdur. İstəyirsən 100 dil bil, əgər onların biri həqiqəti danışmırsa 100-ü də birinə dəyməz.

Vaxtilə hakimiyyətə yarınmaqla əsl tipik qadın obrazı yaradan Gültəkin bu gün qadınlığına da hörmət etmədən yad ünsürlərin yanında bulunmaqla hansı qadın obrazı yaradır görəsən? Zaman sübut elədi ki, onun da içində bulunduğu ziyasızların Ziyalılar Forumunun sifəti yırtıldı. Belə ki, R. İbrahimbəyov ermənilərə sevgi elan elədi, Ə. Əylisli isə bu sevgini qələmə aldı. Yəqin fürsət olsa Gültəkin də bunu tarix dəsrliklərinə salardı.

Ziyalılar Forumunun üzvlərinin sürücülərindən biri deyir ki, G. Hacıbəyliyə münasibət burda da yaxşı deyil. Həm də müxalifətin "kölgə kabineti" quru quyruq kimi ortaya atılandan sonra G. Hacıbəyli İ. Qəmbəri və Ə. Kərimlini qınayır. Şikayətlənir ki, mənim adımı nə üçün ora salmayıblar. Yazıq neyləsin, ümidin özündən ümid umur.

Bunu G. Hacıbəyli də gözəl bilir ki, hər kəs qanun qarşısında eynidir. Ancaq bildiyini qəbul etməkdə çətinlik çəkir. Necə olur ki, depuatat mandatı daşıyanda müxalifəti ağ yuyub-qara sərən Gültəkin bu gün həmin müxalifətçiləri müdafiə edir!? O depuatat olanda da hansısa müxalifətçi etdiyi cinayətə görə həbs olunurdu, ancaq Gültəkin dinmirdi. Bu gün isə, insan ölümü ilə nəticələnən qəzada məsuliyyət daşıyan Nigar Yaqublunu öz qızı kimi müdafiə edir? Görəsən, G. Hacıbəyli depuatat olsaydı bunu edərdimi!?

Akif Nağının G. Hacıbəyli haqqında "o kimlərinsə adamıdır" fikrindən başqa onun barədə dedikləri ilə razılşamaq olar. A. Nağı düzgün deyir ki, bir günün içində əqidəsini dəyişən adam yeni əqidəsinə də xilaf çıxacaq. Təsadüfi deyil ki, A. Nağı məhz Gültəkinə etiraz edib və bir daha Ziyalılar Forumunun heç bir tədbirinə qatılmır. Tədbir deyəndə bir az pis çıxır. Hollandiyanın xrustal qablarında bağlı qapılar içərisində mürəbbə ilə çay içən "ziyalılar"ın şəxsi anbisiyalarını əhatə edən söhbətləri nə vaxtdan tədbir olub!? Onda belə çıxır ki, hər kəsin evində hər gün tədbirdir.

Fikir verin, 2010-cu ildən bəri hələ də öz mövqeyini dəqiqləşdirə bilməyən G. Hacıbəyli nə edəcəyini də bilmir. Çünki satqına, əqidəsini satana, bu xalqın çörəyini yeyib sonra dövlətçiliyin əleyhinə işləyənlərlər qol-boyun olana heç kim yiyə durmaz.

Biz hərbi xidmətdə olanda içimizdən kim satqın çıxırdısa onu başqa qruplar da qəbul eləmirdi. Çünki o biriləri də bilirdi ki, gec-tez onları da satacaq. Odur ki, Gültəkin xanım, müxalifətin paslı dəmirdən hazırlanmış masasında əyləşdin, ancaq "dəmir ledi" ola bilmədin. Halbuki, bir vaxtlar bu sənin arzun idi, elə arzu olaraq da qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə