Daxili İşlər Nazirliyi məlumat yaydı

Daxili İşlər Nazirliyi məlumat yaydı

Daxili İşlər Nazirliyi Salyan rayonunda dünən baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, fevralın 5-də saat 15.30 radələrində Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisində, Biləsuvar şəhər sakini Rüstəm Bayramovun idarə etdiyi "Mercedes" və rayon sakini Rafiq Vahidovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşub. Nəticədə R.Bayramovun sərnişinləri Müşfiq Abseyinov, Saməddin Əsgərov, Samir Əliyev oğlu və Raul İbayev, habelə R.Vahidovun sərnişini Vidadi Əliyev hadisə yerində ölüb, xəsarət alan hər 2 sürücü və Vidadi Əliyevin qızı 6 yaşlı Ayşən xəstəxanaya yerləşdirilib. Uşağa tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə