Prezidentdən Maliyə sürpriz səfər

Prezidentdən Maliyə sürpriz səfər

Fransa prezidenti Fransua Olland sürpriz bir şəkildə Maliyə səfər edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidenti fransız və malili əsgərlər tərəfindən təkrarən ələ keçirilən Timbuktu şəhərinə gedib. F.Ollandı şəhərdə olan fransız əsgərləri qarşılayıb. Onun burda fransız əsgərləri görüşəcəyi bildirilir.

Qeyd edək ki, səfərdən öncə F.Ollandın Maliyə səfəri zamanı paytaxt Bamokoya gedərək ölkə siyasiləri ilə görüşü gözlənilirdi. Həmçinin onu xarici işlər naziri Laurent Fabius və müdafiə naziri Jean-Yves Le Drianın da müşaiyət edəcəyi bildirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə