Azərbaycan nümayəndə heyəti millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdədir. SİA-nın məlumatına görə, səfərin birinci günü Polsa Xarici İşlər nazirinin muavini Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu icra hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdə Azərbaycanla Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.
Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib.
Səfir Həsən Həsənov qonaqları səmimi salamladıqdan sonra sözü millət vəkili, Elxan Suleymanova verib. Millət vəkili geniş nitq söyləyərək çıxışının sonunda onun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı "5 polyak memarın 15 Bakı binası" kitab-albomunu təqdim edib. Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub.
Qeyd edək ki, Elxan Süleymanov Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB