"Son zamanlar Azərbaycanda dini icmaları siyasiləşdirmək cəhdləri var". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Onun sözlərinə görə, son vaxtlar regionlarda baş verən insidentlərlə bağlı monitorinqlər aparılıb, dini icmaların özləri tərəfindən hansısa aksiyada iştirak halları müşahidə olunmayıb: "Amma müşahidə olunur ki, kimlərsə tərəfindən dini icmaları siyasi insidentlərə cəlb etmək cəhdləri var, buna qarşı da müvafiq reaksiyalar olur. Ümumiyyətlə, əksər dini icmalar onlara kənardan heç bir təsir olmadığı halda siyasi proseslərə qoşulmaq, hansısa aksiyalara getmək istəmirlər. Əks halda, bu, nəinki həmin dini icmaların məqsədləri əleyhinədir, ümumiyyətlə, dövlətşilik üçün təhlükəli haldır. Ona görə də biz bunu dini icmalarımızın sağlam və dövlətçilik ənənələrinə sadiqliyi kimi qəbul edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB