"Onların səsi heç öz ölkələrində belə eşidilmir"

Mübariz Əhmədoğlu: “Azərbaycanın adından danışanlar hər zaman uğursuzluğa düçar olublar”
"Onların səsi heç öz ölkələrində belə eşidilmir"

Hesab edirəm ki, real tənzimləmə prosesinə maneçilik törətməkdən ötrü beynəlxalq ictimaiyyətdə olan müəyyən qrup insanlar bu işi ortalığa qoyublar. Bunu SİA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan publicdialogues.info ermənipərəst saytının fəaliyyətinə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, məlum məsələdir ki, Ermənistanın hazırda vəziyyət gərgin olaraq qalır: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Ermənistan tərəfinə kifayət qədər ciddi təzyiqlər mövcuddur. Ukrayna dövləti ATƏT-ə sədrliyi ilə DQ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Hətta Avropa İttifaqı belə Ukraynanın bu təşəbbüsünü dəstəkləyib. Amerikanın (ABŞ) ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Yan Kelli də dərhal Ukraynanın DQ münaqişəsindəki aktivliyinə dəstək nümayiş etdirib. Belə bir zamanda ortalığa ele bir iddia atılmalıdır ki, Ermənistanın guya DQ münaqişəsinin tənzimlənməsi ilə məşğul olduğunu açıq şəkildə büruzə versin".

M.Əhmədoğlu hesab edir ki, bu saytın həm Ermənistanda, həm də Azərbaycanda yaradılması ilə heç də həmin insanların səsi cəmiyyətlər arasında eşidilməyəcək: "Ermənistandakı adamlar elə şəxslərdir ki, onların səsi heç öz ölkələrində belə eşidilmir. İşğalçı dövlətdə Azərbaycanın adından danışanlar hər zaman uğursuzluğa düçar olublar. Bu insanlar həmin layihə çərçivəsində hər zaman çalışıblar ki, Ermənistanda danışıq imici formalaşdırsınlar, amma nə fayda ki, ortalıqda müsbət heç nə yoxdur. Bu mənada hesab edirəm ki, bu saytın fəaliyyəti əks effekt verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə