İctimai Palatada (İP) təmsil olunan siyasi partiyaları bir araya gətirəcək məqsəd artıq yoxdur. Ona görə də keçirilən dinləmələrin və müzakirələrin əsas mövzusu hər zaman Elşad Abdullayev və Sevinc Babayevanın videosu olur. Bunu SİA-ya açıqlamsında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli İctimai Palatanın keçirdiyi dinləmələrin mövzularına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İP-da təmsil olunan partiyalar vahid namizəd məsələsinin mümkün olmadığını gördükləri üçün pərdələnmək məqsədi ilə belə mövzuları müzakirəyə çıxarırlar: "Dünyanın ayrı-ayrı ölkələrində İP adlı qurumlar fəaliyyət göstərir. Əhəmiyyətlilik baxımından çox maraqlı və yaxşı bir ideyadır. Lakin hər zaman radikal düşərgəyə daxil olan şəxslər bütün əhəmiyyətli ideyaları və gözəl adları mənimsəyərək özlərinin girovuna çevirirlər. Nəticə etibarı ilə İP özünün mahiyyətindən uzaq düşür. Əslində bu qrum yaranışdan İP deyil Siyasi Palata adlanmalı idi. Çünki ictimai dəyər o zaman hər hansı bir qruma verilə bilər ki, özünün mahiyyətində ictimai maraqları əks etdirsin. Bu qrumda isə siyasi maraqlar hər zaman ön pillədə olub. Hər şey öz adı ilə çağrılsa daha yaxşı olar. Bir sözlə bu qrum öz missiyasını başa çatdırıb. Çünki mahiyyətindən uzaq düşüb. İP-nın gündəmində hər zaman bu video məsələsinin olmasına gəlincə isə müzakirə olunacaq başqa məsələnin olmamasıdır. Onların müzakirə mözusu vahid namizəd məsələsi idi. Ancaq bunun mümkünsüzlüyünü artıq özləri də anlayıblar. Çünki hər kəsin öz iddiası və maraqları var. Əslində bu prosesin mümüknsüzlüyü əvvəlcədən bəlli idi. Bu insanlar hər zaman bir-birini aldatmağa öyrəncəlidirlər. Əvvəlcə bir birlərini aldadırlar sonra isə iflasa uğrayırlar. Sonra yenidən birləşirlər və yenidən ayrılırlar. Bütün bunlar radikal düşərgədə qeyri-adi hal sayılmır. Bu mövzunun da gündəmlərində olması başqa müzakirə olunacaq məsələnin olmamasıdır. Sadəcə, insanları bir araya toplayıb nə isə müzakirə etməlidirlər. Onlar da bunu edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB