YAP Gənclər Birliyi “Şəhidlər ölməz!” adlı aksiya keçirəcək

YAP Gənclər Birliyi “Şəhidlər ölməz!” adlı aksiya keçirəcək

Azərbaycan gənclərinin böyük bir hissəsini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. SİA-nın verdiyi məlumata görə, YAP GB-in həyata keçirəcəyi növbəti tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilib.

YAP Gənclər Birliyinin üzvləri yanvarın 19-da Şəhidlər xiyabanında "Şəhidlər ölməz!" adlı anma tədbiri keçirməyi planlaşdırırlar.

Tədbirdə üst geyimlərinə 1990-cı il yanvarın 20-də şəhid olmuş insanların şəkillərini yapışdıran gənclər Şəhidlər xiyabanını ziyarət edəcək və "Əbədi məşəl" abidəsi önündə maraqlı kompozisiya ilə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan gəncinin mövqeyini nümayiş etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə