"Xocalı aeroportunun istismarının qarşısını almaq üçün leqal metodlar mövcuddur". SİA-nın verdiyi xəbərə görə bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistanın Azərbaycanın işğal olunmuş ərazisində aeroport açmaq planına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir: "İşğal altında olan ərazilərdə aeroport açılması məsələsi Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyi artıra bilər. Ancaq bu məsələni də ATƏT-in Minsk qrupu çərçivəsində həll etmək mümkündür. Bu haqda Azərbaycanda səfir və Minsk qrupunun həmsədri olarkən bəyanatlar vermişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB