Gürcüstan Azərbaycandakı səfirini geri çağırıb

Gürcüstan Azərbaycandakı səfirini geri çağırıb

Gürcüstanda oktyabr ayındakı iqtidar dəyişikliyindən sonra Bidzina İvanişvilinin başlatdığı kadr dəyişiklikləri səfirliklərə də sirayət edib. SİA-nın verdiyi xəbərə görə, Gürcüstan hökuməti Türkiyə və Azərbaycan da daxil olmaqla bəzi ölkələrdəki səfirlərini geri çağırıb. Bununla bağlı prezident Mixail Saakaşvili hökumətin təklifini təsdiqləyib. Qərara əsasən, Türkiyə, ABŞ, İngiltərə, Ukrayna, Almaniya, Bolqarıstan, Azərbaycan, Litva və Çindəki Gürcüstan səfirləri dəyişdiriləcək. Gürcüstanın BMT, Avropa Birliyi və ATƏT-dəki daimi təmsilçiləri də geri çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə