Cümşüd Nuriyev: “Əli Kərimlinin simasızlığı müxalifət üçün qara yaradır”
İsa Qəmbərə qarşı təşkil olunmuş hücumun arxasından AXCP-nin çıxması Əli Kərimlinin ölkədə qarşıdurma yaratmaq məqsədinin nəticəsidir. Bunu SİA-ya açıqlaçasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Əli Kərimli hər zaman Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaqla məşğul olub: "Azərbaycanın dövlət maraqlarını kənara ataraq özlərinin şəxsi maraqlarını ortaya qoyan şəxslər heç vaxt xalqa fayda verə bilməz. Onların belə təxribatçı addımlar ataraq iqtidarı təqsirləndirmələri nə qədər çirkin oyunlarda iştirak etdiklərini bir daha gözlər önünə sərir. Bu dərəcədə ucuzluq bağışlanmazdır. Bu təxribatı həyata keçirənlər mütləq cəzalandırılmalıdır. Hesab edirəm ki, bu hadisədən sonra onların arasındakı uçurum daha da dərinləşəcək. Bütün bunlar bir daha göstərdi ki, Əli Kərimlinin simasızlığı müxalifət üçün qara yaradır. Buna görə də Müsavat və AXCP-nin bir araya gəlməsi mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB