Vətəndaş Həmrəyliyi Partiyasının İctimai Palatada təmsil olunan üzvlərinin oranı tərk edəcəyi ilə bağlı məlumatlar bu gün öz təsdiqini tapdı. Belə ki, başda VHP Ali Məclisinin sədri Rafiq Manaflı olmaqla İP üzvü olan 11 VHP-çi artıq İctimai Palatadan gedəcəyi ilə bağlı qərar veriblər. Əldə etdiyimiz məlumata əsasən, VHP-çilər İctimai Palatanın prezidentliyə namizədi kimi irəli sürəcəyi istənilən namizədi dəstəkləməyəcələr.
Mənbə onu da bildirir ki, VHB sədri Sabir Rüstəmxanlı partiya üzvlərinin İctimai Palatada kiminsə çirikin kompaniyasının iştirakçısı olmaması üçün qəti qərar verib ki, VHP-çilərin oranı tərk etməsini tələb edib. Artıq proses gedir, yəni VHP-çilərin İctimai Palatadan getməsi ilə bağlı konkret addımın atılacağı gözlənilir.
Bu məlumatı VHP Ali Məclisiin sədri R.Manaflı təkzib etsə də görünür, bu, vaxt uzatmaq məqsədi daşıyır. Ancaq VHP-çilərin yaxın vaxtlarda İctima Palatatdam gedəcəkləri dəqiqdir.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB