Ermənistan tərəfinə ciddi xəbərdarlıq edilib

Ermənistan tərəfinə ciddi xəbərdarlıq edilib

Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycanın bu məsələdə mövqeyindən və atacağı addımlardan kifayət qədər məlumatlıdır. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə Xankəndi aeroportundan uçuşların həyata keçirilməsinə və Azərbaycanın bununla bağlı atacağı son addımlara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Xankəndi Azərbaycan ərazisidir və hava limanı da onun mülkiyyətindədir: "Beləcə, həmin əraziyə uçuş həyata keçirmək istəyən Ermənistan bunun üçün Azərbaycan tərəfindən rəsmi icazə almalıdır. Bununla da dövlətimizin razılığı və onun dispeçrlərinin iştirakı ilə Xankəndi aeroportuna Ermənistan təyyarəsi enə bilər. Əgər bütün bu uçuşlar qayadaların pozulması ilə reallaşarsa hesab edirəm ki, həmin dövlət çox böyük problemlərlə üz-üzə qala bilər. Birincisi, bu diplomatik qalmaqaldır və hətta artıq Ermənistanın müttəfiqləri belə bu uçuşun arzuolunmaz olacağı ilə bağlı bəyanatlar veriblər. İkincisi, bu texniki problemdir. Yayılan məlumatlara görə, Xankəndi aeroportu təyyarələri qəbul etməyə belə hazır deyil. Üçüncüsü isə bu uçuşlar həyata keçiriləcəyi təqdirdə Azərbaycan tərəfi bütün siyasi, texniki imkanlarını həmin uçuşların dəf edilməsinə qarşı yönəldəcək. Bu məsələdə Ermənistan tərəfinə ciddi xəbərdarlıq edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə